Rusiyanın Buryatiya Respublikasında dram teatrında Yeni il şənliyində uşaqlar hədiyyə paylayan Şaxta babanı əziblər.

U-f.ru-nun xəbərinə görə, Ulan-Ude şəhərində keçirilən şənlikdə uşaqlar hədiyyə almaq üçün şaxta babanı yıxaraq əziblər.

Şaxta baba rolunu oynayan aktyor Aleksandr Fateyev onun üstünə və boynuna çıxan uşaqlardan qaçaraq canını qurtarıb.

Teatrın direktoru hadisənin xoş olmadığını deyib və aktyorun belə vəziyyətə düşdüyünə görə təəssüfləndiyini bildirib.

Valideynlərin də iştirak etdiyi şənlikdə belə vəziyyətin yaranması ictimaiyyətdə birmənalı qarşılanmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir