İngiltərədə Esseks qraflığının Stanford-le-Hop şəhərində it evi yandırıb.

Sahibi evdə olmayan “Haski” cinsinə mənsub it mətbəxdə mikrodalğalı sobanı işə salıb.

BBC-nin məlumatına görə, sobanın içində bağlamada olan kökə alışıb və yanğın başlayıb.

İtin sahibi telefonunda olan nəzarət kamerası tətbiqinin sayəsində hadisədən xəbər tutub.

İti xilas edən yanğınsöndürənlər qadına mikrodalğalı sobada qida və digər əşyaları saxlamamağı məsləhət görüblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir