Bu gün Cənubi Koreyanın Çanqcu şəhərində sambo üzrə keçirilən dünya çempionatına start verilib.

bakmiltv.info xəbər verir ki, 68 kq çəki dərəcəsində mübarizə aparan Emil Həsənov bürünc medal qazanıb.

Nəsimi Umbayev (-52 kq) və Nizami Məmmədov (-90 kq) isə medal qazana bilməyib.

Qeyd edək ki, millimiz Uzaq Şərq ölkəsinə beş idmançı ilə yollanıb. Eyvaz Baxşıyev (-57 kq) və Fuad Məmmədov (-62 kq) isə mübarizəyə daha sonra qoşulacaq. Dünya çempionatı 10 noyabrda başa çatacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir