Tikinti materialları bazarında baş verən yanğınla əlaqədar dörd nəfər tüstüdən zəhərlənib.

Bu barədə bakmiltv.info-ya Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hadisə yerinə səkkiz briqada cəlb olunub.

Saat 16:05-ə olan məlumata görə səkkiz nəfərə yerində yardım göstərilib, dörd nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib.

Hazırda ərazidə iki təcili tibbi yardım briqadası var.

10:49

Səhiyyə Nazirliyi Bakı şəhərinin “EuroHome” tikinti materialları bazarı ərazisində baş verən yanğınla bağlı növbəti məlumat yayıb.

Nazirlikdən bakmiltv.info-ya bildirilib ki, tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə artıq beş briqada cəlb olunub:

“Saat 10:45-ə olan məlumata görə altı nəfərə yerində yardım göstərilib, iki nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib”.

10:02

Səhiyyə Nazirliyi Bakı şəhərinin “EuroHome” tikinti materialları bazarı ərazisində baş verən yanğınla bağlı yeni məlumat yayıb.

Nazirlikdən bakmiltv.info-ya bildirib ki, tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə artıq beş təcili tibbi yardım briqadası cəlb olunub:

“Saat 09:50-yə olan məlumata görə iki nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir