Rusiyanın Sverdlovski vilayətinin Nijni Taqil şəhərində Azərbaycanda hərbi xidmətdə gizlənən narkotik taciri həbs edilib.

bakmiltv.info-nın verdiyi xəbərə görə, 36 yaşlı Kamil Heydərov çoxlu miqdarda narkotik alverində ittiham olunub.

O, tanışına 2,5 qram heroin satıb, o da öz növbəsində narkotikin bir hissəsini Nijni Taqil sakininə satıb.

Növbəti gün xüsusi baxış zamanı üzərindən narkotik tapılan qadın həbs olunub.

Taqil sakini narkotik satıcısını ifşa etmək üçün əməliyyat-axtarış tədbirində iştirak etməyə razı olub. Tədbir zamanı Heydərovdan narkotik almış bir vətəndaş tutulub. Onun evində aparılan axtarış zamanı narkotik maddə qalıqları tapılıb.

Daha sonra polis Heydərovdan narkotik maddə alan daha bir alıcını tutub və o, narkotiki Heydərovdan aldığını etiraf edib.

İstintaqdan yayınan Heydərov bir neçə il Azərbaycanda gizlənib və təcili hərbi xidmətə gedib.

Taqilə qayıdanda evindən 44,81 qram narkotik maddə aşkarlanan Heydərov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir