Rusiyanın Krasnodar diyarında könüllü qadın atalığı tərəfindən atılmış dörd yaşlı uşaq tapıb.

Life.ru hadisə yerindən kadrları təqdim edib.

Uşağı maşın vurmuş iti baytara aparan qadın aşkarlayıb. Qadın sual verməyə başlayanda ağlayan Lyoşa, demək olar ki, bir söz deyə bilməyib və ancaq maşına əyləşəndən sonra danışmağa başlayıb. Onun sözlərinə görə, atalığı ilə kiçik yük maşınında gəlib, kişi uşağı düşürüb, sonra isə gedib.

Qadın onu hüquq-mühafizə orqanlarına təhvil verib.

Sonradan polislər Lyoşanın atalığını tapa biliblər. O isə uşağın onun papağını maşından yerə atdığını, bu səbəbdən maşını saxladığını deyib. Guya kişi papağı axtarmağa gedib və uşağa maşında oturmağı tapşırıb. O qayıdanda uşağı yerində tapmayıb, ancaq atalığı hansısa qadının onu qara maşına əyləşdirdiyini görüb.

Məsələ ilə əlaqədar istintaqa başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir