Niyaməddin Musayevin ölüm xəbəri yalan çıxdı

Bir neçə dəqiqə sosial şəbəkələrdə xalq artisti Niyaməddin Musayevin ölüm xəbəri yayılıb. Xalq artisti bakmiltv.info-ya açıqlamasında yayılan informasiyadan narahat olduğunu bildirib. O yaxşı olduğunu, səhhətində heç bir problem olmadığını bildirib. Yayılan məlumatdan isə xəbərdar olduğunu deyib: Hər şey əladır, heç bir problemim yoxdur

ALDP seçkilərə qatılmaq qərarını verib

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Rəyasət Heyətinin iclasını keçirib. Partiyanın mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, iclasda 9 fevral 2020-ci il tarixdə keçiriləcək növbədənkənar parlament seçkilərində partiyanın iştirakı məsələsi müzakirə edilib. Müzakirələrin yekunu olaraq Rəyasət Heyəti partiyanın növbədənkənar parlament seçkilərində iştirakının məqsədə uyğun hesab edərək bununla bağlı […]

Bir-birinin acığına bahalı geyinən şou əhli – FOTO

Koko Şanel deyirdi ki, dəb gedir, lakin stil qalır. Dəb və fərqlilik deyəndə isə ağıla məşhurların biri-birindən cazibədar, qlamur libasları və gözqamaşdıran aksesuarları gəlir. Bizim şou əhlinin pal-paltarlara düşkün olması da heç kimə sirr deyil. Oxu.Az ulduzların ətək-ətək xərclədiklərini, bahalı geyimləri və aksesuarlarının hansı brendə məxsus olmasını və dəyərini “Instagram”da “Kim […]

Əməkdar artist canlı efirdə həmkarlarını yıxıb-sürüdü: Bu, ən böyük şərəfsizlikdir – VİDEO

Əgər öz evini gizlədib dövlətdən ev almaq fikrindəsənsə, and olsun Allaha, bu ən böyük şərəfsizlikdir! Oxu.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva “Xəzər TV”də yayımlanan “5-də 5” axşam şousunda dilə gətirib. Xanəndə bu sözləri evlərini, malikənələrini gizlədib dövlətdən ev istəyən həmkarlarına ünvanlayıb: “İnsanın vicdanı, qeyrəti olar. Adam dövlətinə, xalqına yük […]

Uşağını ölənəcən yedirtdi

Rusiyanın Amur vilayətində ana yeni doğulmuş övladını ölənə qədər yedirib. Asn.24.ru-nun xəbərinə görə, 24 yaşlı ana yenidoğulmuş qızına dörd ay müddətində həddindən çox miqdarda uşaq qidası verib, bu da azyaşlının daxili orqanlarında potoloji dəyişiklik yaradıb. Hadisə ilə bağlı “ehtiyatsızlıqdan ölümə səbəb olma” maddəsi ilə cinayət işi açılıb. İstintaq zamanı ana günahını […]

Psixoloqların diaqnostik qiymətləndirilməsinin vaxtı məlum oldu

Psixoloqların diaqnostik qiymətləndirilməsinə start verilir. Təhsil Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, 24-28 dekabr tarixlərində dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanı keçiriləcək. İmtahan Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında baş tutacaq. Elektron ərizələrin yoxlanılması prosesi başa çatdıqdan sonra diaqnostik qiymətləndirmədə iştirakla bağlı məlumat namizədlərin şəxsi […]

Neft Emalı Zavoduna direktor təyin edildi

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin əmri ilə Məmmədov Bəxtiyar İbrahim oğlu Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru, zavodun keçmiş direktoru İsmayılov Elman Abbas oğlu isə SOCAR-ın emal üzrə vitse-prezidentinin müavini təyin olunub. Bununla bağlı Oxu.Az-a SOCAR-dan məlumat verilib. Bəxtiyar Məmmədov 1971-ci ildə anadan olub. Azərbaycan Neft Akademiyasını (indiki Azərbaycan Dövlət Neft və […]

Emin qızına mahnı həsr etdi – FOTO/VİDEO

Xalq artisti, bəstəkar-müğənni Emin Ağalarov “Девочка моя” (Mənim qızım) adlı yeni albomunu təqdim edib. Oxu.Az xəbər verir ki, “Crocus City Hall”dakı konsert öncəsi ərsəyə gətirdiyi alboma hit və yeni mahnılarını əlavə edib. Albomda Maksim Fadeyevin “Нежная” (Zərif), “Девочка Моя” (Mənim qızım) adlı bəstələr, Aleksey Çumakovla duet şəklində ifa etdiyi “У края Пропасти” […]

Bakıda övladlarına işgəncə verən ata həbs edildi, ögey ana polis nəzarətinə verildi

Paytaxtın Sabunçu rayonu ərazisində azyaşlılar – Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən işgəncələrə məruz qalmaları faktı ilə bağlı Bakı şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov öz “Facebook” səhifəsində məlumat […]

“EuroHome” sahibkarlarına ödəniləcək kompensasiyanın məbləği araşdırmalardan sonra müəyyənləşəcək

Bu gün səhər saatlarında “EuroHome” ticarət mərkəzində qeydə alınan dəhşətli yanğından zərər çəkən 100-dən çox sahibkar etiraz məqsədi ilə yolu bağlayıb. Oxu.Az xəbər verir ki, əraziyə gələn Binəqədi rayon İcra Hakimiyyətinin  başçısı Elxan Allahverdiyev və ticarət mərkəzinin sahibi Azay Möhnətov sahibkarlarla görüşüblər. E.Allahverdiyevin sözlərinə görə, məsələ ilə bağlı araşdırma aparılacaq, dəymiş […]