Mərkəzi Seçki Komissiyası Dairə Seçki Komissiyasının (DSK) qərarını ləğv edib.

bakmiltv.info-nın məlumatına görə, bu barədə MSK-nın bu gün keçirilən iclasında qurumun katibi Arifə Muxtarova bildirib.

O deyib ki, 35 saylı Xətai üçüncü seçki dairəsindən namizədliyi qeydə alınmayan Abbasov Rauf Çərkəz oğlu MSK-ya müraciət edib.

R.Abbasov müraciətində bildirib ki, həmin DSK onun namizədliyinin qeydə alınmasından əsassız olaraq imtina edib.

A.Muxtarova isə bildirib ki, MSK-nın ekspert qrupu müraciəti araşdırıb.

“Qərarda namizədliyin qeydə alınmasından imtina edilmənin səbəbləri göstərilməyib”, – deyə A.Muxtarova söyləyib.

Müzakirələrdən sonra MSK namizədin qeydə alınmasından imtina edilməsi ilə bağlı DSK-nın qərarını ləğv edib.

İclasda bildirilib ki, həmin dairə xüsusi nəzarətə götürülsün.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir