Aktyor Ceki Çan bildirib ki, yeni filmin çəkilişi zamanı ölümdən son anda xilas ola bilib.

China.org.cn xəbər verib ki, bu haqda aktyor Çinin paytaxtı Pekində keçirilən mətbuat konfransında məlumat verib.

Tanınmış aktyor “Avanqard” filminin çəkiliş səhnələrinin birində skuterlə hərəkət edərkən, qayaların altına düşərək boğulmağa başlayıb. Həyəcanına üstün gələn aktyor düşdüyü çətin situasiyadan qurtula bilib.

“Axşam evdə duş alan zaman başıma gələn hadisəni xatırladım. Qorxdum və həyəcanlanmağa başladım. Düşündüm, necə asanlıqla həyatla vidalaşa bilərdim”, – deyə Ceki Çan başına gələnləri xatırlayıb.

“Avanqard” filmi muzdlular tərəfindən qaçırılan girovları xilas edən mühafizəçilər dəstəsindən bəhs edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir