ABŞ-ın Yuta ştatında ibtidai məktəbin direktoru və müəllimi şagirdlərdən birinin “Hallowen” bayramına Hitler kostyumunda gəlməsinə görə işdən azad olunub.

Qalmaqal uşağın şagirdlərin qarşısında nasist salamı verərkən çəkilən fotosunun internetdə yayılmasından sonra daha da alovlanıb.

Yuta Birləşmiş Yəhudi Federasiyası bu addımı pisləyib və valideynlərdən gələcəkdə oxşar geyimlərdən çəkinmələrini istəyib.

Hadisənin araşdırılması zamanı müəllim və müdir ödənişli inzibati məzuniyyətə göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir