Ləj kəndinin tarixi

Ləj kəndinin və ona bitişik olan qonşu Haftoni, Talışlı (Karpoviç), Hacıkənd, İstisu (Qamo) milliyətcə polyak və ya yəhudi olan Karpoviç adlı mülkədara məxsus imiş. Rusiya imperiyasında baş verən 1905-1907-ci illər inqilabından sonar ölkədə olan gərginliyi nəzərə alaraq Karpoviç, 1910-cu ildə ona məxsus əraziləri Lənkəranlı mülkədar Hacı İsa ağaya satır. Buranı satın alan Haçı İsa bu ərazilərdə təsərrüfat işləri ilə məşğul olur. O, Züvandın (Lerik) Veri və Tülü məntəqələrindən bu əraziyə ucuz işçi qüvvələri gətirib öz torpaqlarında ucuz qiymətə işlədir. Gətirdiyi ailələri kəndin cənub-qərb ərazilərinə bitişik Hacıkənd adlanan yerdə və indiki Talışlı (Bax: Tülüş, Tülüşlü, yəni Tülüdən olanlar) yerdə məskunlaşdırır. Həmən fəhlələr indiki Ləj kəndinin cənub-qərbundə “Verijon boğ” (Verililərin bağı) adlanan ərazidə işləyir, qismi isə Hacı İsa poyn (Hacı İsanın yeri) adlanan yerdə işləyirdilər. Deyilənlərə görə Hacı İsa hər axşam çağı faytonla gəlib fəhlələrə pul verərmiş.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra digər qolçomaqlar kimi Hacı İsanın bütün əmlakı musadirə edilir və özü isə həbs olunub Sibirə göndərlir. Sonradan isə bu əraziyə Lerikin Buzeyir kəndindən ilk köçlər gəlməyə başlayır. Buze¬yirdən gələn köçlər kəndin şimal-şərqində yerləşən “Köhnə Ləj” və ya “Bızəyjoba” (Buzeyoba) (Yaxın və uzaq keçmişimizdən) deyilən yerdə məskunlaşırlar. Ləj kəndinin əhalisinin əksəriyyəti Lerik rayonunun Mistan, Mondigah, Bılaband, Buzeyir, Hoveri, Nısli, Pirasora, Rəzgöv və Tüədo kəndlərindən köç etmiş tay¬falar təşkil edir.1 yanvar 2012-ci il tarixinə əsasən kənddə 465 təsərrüfat və 1821 nəfər əhali var (Lənkəran Şəhər İcra Haki¬miy¬yəti xəbərləri: İcra Başçısının Ləj kəndinə səyyar qəbul görüşü keçirildi – yayımlanma tarixi: 2012-12-27). Qeyd etdi¬yim kimi Karpoviç öz mülklərinin bir hissəsini Hac İsaya sat¬dıq¬dan sonra bu ərazilərdə çəltikçilik təsərrüfatı inkişaf etməyə baş¬la¬mışdır. Dəyirman olmadığına görə çəltiyi “ding” (çəltiki üyüdüb təmiz¬lə¬mək üçün qurğu) vasitəsi ilə emal edir¬dilər. Kəndin qərb hissə¬sindəki torpaqların adı indidə “İsdil” (çəltik sahələrini suvarmq üçün su hövzəsi), “qədə se” (talışca – balaca düzən), “Yolə se” (talışca-böyük düzən) adlanmışdır. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulur və 1922-ci ildə Ləj kəndinin ilk dəfə rəsmi olaraq təyin olunur. Azər¬baycanda “kolxzlaşma” (1937) baş¬layanda artıq kəndin əkinə yararlı torpaqlarında çayçılıq təsər¬rüfatı yaranmağa başladı. Nəhayət ki, 1958-ci ildə “Lən¬kə¬ran çayçılıq sovxozu” yaradılır və Ləj kəndi də həmin sovxozun tərkibndə öz təsərrüfatını inkişaf etməyə başlayır. Sovxozun ilk direktoru Məmməd Quliyev olmuş¬dur. Məhz Quliyeevin döv¬rün¬də Ləj kəndinin rayona çıxış yolu çəkilir. Deyilənlərə görə o zamanlar palçıqları kisələrə doldurub bir-birinin üstünə düzübər və indiki hündür asfalt təpə yol şəklinə salıblar. Bir neçə ildən sonra Ləj kəndinin ilk ali təhsilli mütəxəsisi Adil Musarıza oğlu Səfərov (1934-1992) sov¬xozun direktoru (1967-1988) olmuşdur. Bu dövr ərzində kənd ha¬lisinin yaşayış şəraiti xeyli yaxşılaşmış və inkişaf etmişdir. Kənddə məktəb, kitabxana, tibb məntəqəsi tikilib istifadəyə verilir. 1989-cu ildə “Ləj çayçılıq sovxozu” yara¬dılır və belə¬lik¬lə, Ləj kəndi müstəqil təsərrüfat olaraq fəa¬liyyətə başlayır. Ləj çayçılıq sovxozunun ilk direktoru Fərəc Calalov olmuşdur, sonra isə Mamed adlı şağlaqkücə kənd sakini olmuşdur. 1996-cı ildə Azərbaycanda torpaq islahatı başlayar¬kən sovxozlar ləğv edilib torpaqları isə kənd sakinlərinə pay¬la¬nır. Məhz torpaq islahatından sonra kənddə maldarlıq və əkin¬çi¬lik daha çox inkişaf etmişdir. 1999-cu ildə Ləj kənd Bələdiyyəsi yaradıl¬mış¬dır. Onun ilk sədri Ümidvar Babəli oğlu Vəliyev olmuşdur. Ümidvar Vəliyevin bələdiyyə işlədiyi dövürlərdə Ləj kəndində çoxlu kənd problemləri həllini tapmış və bir çox sosisal prob¬lemlər aradan qaldırılmışdır. Vəliyev Ümidvarın sədr¬¬liyi altında Ləj bələdyyəsi hər il qış qabağı qışa hazırlıq tədbirləri görürdü. Lakin 2011-ci ildən Ləj kənd Bələdiyyəsi Haftoni qəsəbə Bələdiyyəsi ilə birləşir. Onun sədr isə Rövşən Zeynalov seçilir.
Ləj kəndinin ərazisi ilk dəfə 1922-ci ildə təyin olunması onun gələcəyinə doğru atılmış ilk addımlardan idi. Ləj kən¬dinin sosial-mədəni həyatından danışdıqda burada yaşayəş məskəninin yaranması və formalaşması bölgəmiz üçün səciyyəvi olan əkin¬çilik və oturaq maldarlıq kimi təsərrüfat formaları mühüm rol oynamışdır. XX əsrin əvvələrində insanların oturaq toxuma sənə¬ti növləri olan həsirtoxuma, yun əyirmə, oyma və xalça¬to¬xu¬ma kimi sənət növlərinin yayılması onların bir-birin ilə inteq¬ra¬si¬ya əlaqələrnin yaratmasına gətirib çıxarmışdır. Ləj kəndinin formalaşmasında bu amillərin böyük rolu vardır. Vaxtı ilə keçil¬məz bataqlıqlı qalın meşələrdən ibarət olan Ləj ərazisi za¬man-zaman abadlaşdırılmış və Zuvand dairəsindən gələn köçlər tərəfindən məskunlaşdırılmışdır. Çünki Lerik rayonunda açıq sahələrdə və ya dağ dərələrində yaşayan tayfaların sələfləri olduğuna görə Ləj ərazisinə gələn kimi buranıda öz əcadlarının yaşadığı ərazi kimi abadlaşdıraraq bu yerləri keçilməz meşə və tikanlı kollardan təmizləmş burada kiçik qamışdan olan kiçik ləmlər qurmuşlar. Burada ilk vaxtlar tikilən evlər tipik Talış memarlığının bir hissəsi olan ağac ləm formalı komalar tikilmiş dir.Lakin sonralar bu evlərin çoxu yer üzərində tikilmiş bəziləri də 2 və ya 3 daş üzərində tikilmişdir. Bu evlər 4 daş üzərində yerləşdirilmiş dirəkləri çırpılarla hörüb içərisini palçıqla doldu¬ra¬raq tikmişlər. Bu tipli evlərə “Sünnə kə”, “Puştə kə” (talışca puştalı evlər deməkdir) deyirlər. Bu cür evərin dam örtüklərini qurmaq üçün yerə basdırılmış dirəklərin üstünə “Kətıl, nal” (Talışca köndələn qurşaqlar) qoyulur. Bu kətıllərin üzərinə dam milləri düzüb qarğı-qamış tökürlər, torpaqlar və palçıqla suvanır. yğış və qar suyunun içəri sızmaması üçün damın örtüyü “ko¬nusvari” və ya” balıqbeli” formada düzəldilir və lığla örtü¬lürdü. Belə tipli evlərin adətən bir kiçik pəncərəsi və qapısı olurdu. Pəncərə şüşəsinin ətrafı palçıqla suvanırdı ki, şüşə yerində qala bilsin. Evin eyvanı çox dar olub və qabağı dirəklər üzərində yerləşən konstrulardan ksiyadan ibarətdir. İllər keçdikcə insan¬ların maddidurumu yaxşılaşmış, bunun muqabilində evlərin tikil¬məsində və quruluşunda xeyli muasirləşmə olmuşdur. Ləj kəndində bişmiş kərpicdən ev ilk dəfə 1962-ci ildə tikilmişdir. Hal-hazırda kəndimizdə muasir tipli müəyyən sayda yerli arxi¬tek¬turaya uyğun evlər var. Kənd ağsaqqalları ilə aparılan söh¬bətlər nəticəsində məlum olub ki, Ləj kəndinin tarixi XIX əsrin əvvəllərindən başlayır. Əhalisi Lerik rayonundan buraya köçüb gəlmişlər. Bu köç edənlərdən biri də Məmməd¬qasım kişinin ailəsi olmuşdur. Onun nəticəsi hal-hazırda Ləj kən¬dində yaşayan Qasımov Salman Rəhim oğludur. Onun dediyi¬nə görə onun atası Qasımov Rəhim Xudaverdi oğlu (1891-1991) Ləj kəndində doğulub boya-başa çatmışdır. Rəhi¬min atası – Xudaverdi kişinin 6 (altı) yaşı olanda atası (yəni Qasımov Salmanın ulu babası) Məmmədqasım kişi öz ailəsi ilə birlikdə ləj kəndinə köçmüşlər. Buna əsasən demək olar ki, Ləj kən¬dinə ilk köçlər XIX əsrin əvvəllərinə təsadüf edir. Ləj kən¬dinin şimal-şərqində ilk dəfə 1980-cı ildə Ləj qəbiristanlığı tikilib. Kənd sakinləri əvvəllər öz ölülərini Lənkəran şəhəri ya¬xınlığında yerləşən “Sardaxıl” adlanan qəbirsanlıqda dəfn edir¬dilər. Yolun çox uzaq olması əlbətdəki Ləj camaatın çətinliyə salırdı . Ona görədə kəndin” “Bızəjoba” (buzeyir obası” adlanan hissəsində ilk ölülərini dəfn etdilər. Lakin sonradan bu fkri dəyişərək sonrakı ölülərini Ləj kəndinin indiki qəbirsanlığı ərazi¬sində dəfn etməyə başladılar. Ləj kəndində ilk televizor 1961-ci ildə Şükürov Malinin evində olmuşur. Ləj kəndində ilk telefon xətti 1962-ci ildə kənd sakini və sovxozun direktoru Adil Səfərovun evində çəkilmişdir. Ləj kəndində ilk “Rekord” markalı radio xətti kənd sakini və kəndn poçtaliyonu Cəfərov Əhəd Yədul¬la oğlunun evində çəki¬lib. Ləj kəndində ilk işıq 1957-ci ildə kənd sakini əslən Lerikin “Mistan” kəndindən olan Damad Əliyevin evində motor sistemi ilə qoyulmuşdur. 1963-cü ildə Ləj kəndi ərazisində ilk kolxoz qurulmuşdur. Belə ki, 25 oktyabr 2011-ci ildə Azərbaycan Res¬pub¬likası Milli Məclisinin qərarı ilə Ləj kəndi Haftoni qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmən kənd mərkəzi olmaqla Ləj kənd inzibati ərazi dairəsi yaradılmışdır və Azərbaycan Respublikası ərazi vahidlərinin Dövlət reyistrinə daxil edilmişdir. (“Lənkəran rayonunun inzibati ərazi bölgü¬sün¬də qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respub¬li¬kasının 25 oktyabr 2011-ci il tarixli Qanunu” az. president. az 23 dekabr 2011, 20:40. İstifadə tarixi 2014-05-05). Ləj kəndinin koordinatları -38 dərəcə 45`34 dərəcə şm.e.48 dərəcə 47`33 ş.u.Saat qurşağı UTC+04:00 –dir.
Ləj kəndinin görkəmli şəsiyyətləri
Əsgər Əliyev — Azərbaycanın Milli Qəhrəmanı.
Natiq Aslanov — Qarabağ müharibəsi şəhidi. Ləj kənd orta məktəbi onun adını daşıyır.
Samid Quliyev- Ləj kənd məscidinin ilk axundu. 1984-cü ildə Lənkəran rayon Ləj kəndində anadan olmuşdur.BİU-nin İlahiyyat, Misir Ərəb Respublikasında isə Ərəb dili üzrə təhsil almışdır. 2010-cü ildən Ləj kənd məscidinin axundudur. 2012-ci ildən AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda ilahiyyat üzrə doktorantıdır.Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Etibar Vəliyev — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” və “Həsən bəy Zərdabi” mükafatı laureatı.
Aqşin Əliyev Misanlı-Tədqiqatçı tarixçi.Ləj kəndinə aid yazdığı ////Baaqlıqdan başlayan həya və ya Ləj kəndinin tarixi kitabının müəllifidir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir