Redaksiyamıza Goranboy Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Məhərrəm Quliyev və atası Böyükağa kişi haqqında sensasion iddia daxil olub…

Adı mətbuatın gündəmindən düşmək bilməyən Goranboy Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Məhərrəm Quliyev növbəti dəfə ittihamlara tuş gəlib. Belə ki, icra başçısının keçmişi ilə bağlı dozye.org-a olduqca ilginc bir iddia gəlib. Ermənilər Azərbaycanda talış və ləzgilər arasında satqınları taparaq, onlara maliyyə dəstəyi ayıran zaman Əlikram Hümbətov Cənub bölgəsindən olan bütün nüfuzlu insanları və ağsaqqaları bir araya gətirmişdi. Bunların arasında böyük nüfuza malik olan Göranboyun bu günki icra başçısı Məhərrəm Quliyevin atası Böyükağa kişi də olub.

Bunula bağlı dosye.org-a daxil olan iddiaya görə, Novruz Novruzov Masallı rayon sovetinin sədri olan vaxt Ə.Hümbətov ona Böyükağa Quliyevin vasitəsi ilə ismarıclar göndərirmiş ki, rayon deputatlarını yığsın və Azərbaycandan ayrılmaq barədə qərar çıxarsın. Novruz müəllim Böyükağa Quliyevə cəsarətlə bildirmişdi ki, mən o qərara qol çəkə bilmərəm. Mənim bir Vətənim var, o da Azərbaycandır…

Novruz Novruzov Böyükağa Quliyevə deyib ki, məni tikə-tikə doğrasalar da Ə.Hümbətovun tələbini yerinə yetirməyəcəyəm. 1993-cü il avqustun 7-də Azərbaycanın cənub bölgəsində oyuncaq “Talış-Muğan Respublikası” (TMR) elan olundu. Bir qrup adamın elan etdiyi “dövlətin” ömrü cəmi 16 gün oldu. Avqustun 17-də Milli Məclis Lənkəran hadisələrinə siyasi qiymət verdi, bu hadisələrin Azərbaycanın dövlət müstəqilliyinə qarşı olduğunu ifşa etdi. Avqustun 23-də separatçılar xalqın və dövlətin gücü ilə məğlub edildi. Ə.Hümbətov qaçdı. “TMR” ləğv olundu. Əlikram Hümbətov-Böyükağa Quliyev birliyi arxasında dayanan mənfur gerçəkliyə isə bir ad vermək olar – milli xəyanət, separatçılıq və şərəfsizlik! Bizcə, əlavə şərhə də ehtiyac qalmır… Redaksiyamıza yeni məlumatlar daxil olduğundan daha geniş məqaləni növbəti sayımızda tanış ola bilərsiniz.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir