Rusiyanın Krasnokamenski şəhərində həkim səhlənkarlığı yeni doğulmuş körpəni şikəst qoyub.

Qeysəriyə əməliyyatına uyğun olan xəstəyə normal doğuş təyin edən mama-ginekoloq doğulan uşağın sağlamlığına ciddi ziyan vurub.

“Rossiyskaya qazeta”nın xəbərinə görə, nəticədə körpənin şikəst qalmasına səbəb olan ginekoloq məsuliyyətə cəlb olunub.

O, günahını etiraf etməyib.

Məhkəmə qərarına görə, iki il altı ay müddətinə həbs edilən həkimin iki il ərzində ixtisası üzrə fəaliyət göstərməsinə qadağa qoyulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir