Riyaziyyatçı Mixail Çxenkeli Gürcüstanın yeni təhsil naziri vəzifəsinə təyin olunub.

“Bakmiltv.info” Gürcüstan KİV-ə istinadən xəbər verir ki, yeni nazirin təyinatı barədə bu gün ölkənin baş naziri Georgi Kvirikaşvili nazirlər kabinetində struktur dəyişiklikləri ilə bağlı keçirilən brifinq zamanı elan edib.

Mixail Çxenkeli 2016-cı ilin noyabrın 1-dən bu günə qədər İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektor müavini vəzifəsini icra edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir