Dünən Gənclər və İdman Nazirliyi ilin yekunları ilə bağlı mükafatlandırma mərasimi keçirdi.

bakmiltv.info  xəbər verir ki, “CBC Sport” telekanalının mükafatsız qalması sosial şəbəkələrdə müzakirəyə səbəb olub.

Məsələ ilə bağlı Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova saytımıza açıqlama verib:

“CBC Sport” telekanalı idmanın inkişafında çalışan telekanallarımızdan biridir. Ancaq bu telekanal daha çox futbola yer ayırır. ATV telekanalında isə ilboyu idmanın ayrı-ayrı növlərinə dair verilişlər, xəbərlər yayımlanıb. Həm də ATV telekanalı il ərzində nazirliklə daha sıx əməkdaşlıq edib. Bu üzdən də seçimi ATV üzərində etdik. O ki qaldı “CBC Sport”a, biz daha əvvəl bu telekanalı da mükafatlandırmışıq”.

Qeyd edək ki, ilin idman verilişlərinin təşkilatçı jurnalisti kimi “Real” TV-dən Mehman Rəsulov seçilib. İlin ən yaxşi idman televiziya verilişləri kanalı ATV və ilin ən yaxşı televiziya verilişləri layihəsi kimi “İdman” telekanalında yayımlanan “İdman və media” verilişi mükafatlandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir