Bir sıra ölkələrdə “Facebook” sosial şəbəkəsinin işində problemlər yaranıb.

Bu barədə məşhur internet resursların işini izləyən “Downdetector” servisi məlumat yayıb.

““Facebook”-un işində problem ABŞ-ın şərq bölgələrinin vaxtı ilə 11:16-dan başlayıb (Bakı vaxtı ilə 19:16-dan)”, – deyə məlumatda bildirilir.

Qeyd edilir ki, daha çox ABŞ, Meksika və Hinistandan olan istifadəçilər şikayət edir. Eyni zamanda problemlərlə Braziliya, Böyük Britaniya, Belçika, Almaniya və İtaliyada da üzləşiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir