Rusiyanın Sankt-Peterburq şəhərində soyuq və qaranlıqda günəş gözlüyü taxan iki şəxs bankomatdan oğurluq edib.

Fontanka.ru-nun xəbərinə görə, qara papaq və eynəkdə olan iki şəxs Kuzneçovski küçəsində “Karusel” hipermarketinə gəlib, orada yerləşən bankomatın qapısını qıraraq şifrə daxil ediblər.

Onlar təxminən 10 milyon rubl (273,000 AZN) məbləğində pul oğurlayaraq, “Ford” markalı mikroavtobusla gediblər.

İyirmi dəqiqə sonra mikroavtobusla şəhərin Buxaretski küçəsində yerləşən eyniadlı marketə gəlib yenə bankomatdan oğurluq etməyə çalışıblar.

Bu dəfə mühafizəçinin diqqətini çəkən həmin şəxslər işlərini yarımçıq qoyub qaçıblar.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir