Bu gün səhər saatlarında “EuroHome” ticarət mərkəzində qeydə alınan dəhşətli yanğından zərər çəkən 100-dən çox sahibkar etiraz məqsədi ilə yolu bağlayıb.

Oxu.Az xəbər verir ki, əraziyə gələn Binəqədi rayon İcra Hakimiyyətinin  başçısı Elxan Allahverdiyev və ticarət mərkəzinin sahibi Azay Möhnətov sahibkarlarla görüşüblər.

E.Allahverdiyevin sözlərinə görə, məsələ ilə bağlı araşdırma aparılacaq, dəymiş ziyan müəyyənləşdiriləndən sonra sahibkarlar, icarədarlar bir-bir RİH-ə dəvət olunacaq.

A.Möhnətov bildirib ki, tez bir zamanda ticarət mərkəzi bərpa olunacaq:

“İnsanları yerləşdirmək üçün yerlərimiz var. Kompensasiya bilmirəm necə olacaq, amma biz onun əvəzinə kirayədən pul almayacağıq”.

İlkin hesablamaya əsasən, təxminən 5 hektar bazar ərazisinin iki hektarı yanaraq külə dönüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir