Dunyaya pulu ilə meydan oxuyan ADNŞ-ində iscilərin huquqları necə qorunur.
Bildiyiniz kimi Azərbaycanda ən böyuk isci sektoruna malik olan sahələrdən biri neft sahəsidir . Lakin buna baxmayaraq işcilərin əmək səraitidə ən bərbad elə Neft sekrorudur. Bu barədə dəfələrlə Neftci Huquqlarının mudafiə komitəsinin rəhbəri Mirvarı Qəhrəmanlı və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədovda öz cixişlarında vurgulayib.
Bizimdə yolumuz arada bir bu tip, yani əməkci huquqlarının pozuldugu muəssələrə dusəndə orda oloan problemləri işəqlandırmaga calışmışıq. Bu neqativ hallar barədə Əmək və əhalinin sosial mudafiə nazirliyi yaninda Dövlət əmək mufəttişliyinin xəbəri olsada , ordan aldigimiz bilgiyə əsasan, muəssənin öz iscilərindən sikayət daxil olamasa Dövlət əmək mufəttişliyi bu muəssələrdə monitorinq apara bilmir. Bunuda ölkə başcisinin 2007 ildə Azərbaycanda sahibkarlıga mane olmamaq ucun yersiz yoxlamalara qadaga qoydugu ilə əlaqələndirirlər. İşcilər isə indiki işsizlik zamanindan ətbəttə ki, öz iş yerlərini itirməmək ücün bunu etmir. Odur ki, bəzi müəssələrdə Əmək qanunvericiliyi cox kobut halda pozulur.
Belə müəssələrdən birinədə biz bu yaxinlarda “qonaq “ getmişdik. Bu Dövlət Neft Şirkətinin nəznində olan “ Azəriqaz “ İB- nə məxsus bir muəssədir. Daha dəqiq desək bir həyətdə yerləsən 3 departamentin yerləşdiyi bir unvandir. 3 saylı təmir tikinti xidməti, Baki Regional qazin İstismar departamentinin Nəsimi rayon filialı və Qazin satış departamentinin Nəsimi rayonundan yerləsən bolməsi. Onuda bildirmək istəyirəm ki, bu müəssələrdə hər gün ən azından 70 isci işcı işləyir. Əyər nəzərə alsaq ki, “ Azəriqaz” in baş binasında hər mərtəbədə bir ayaq yolu var, 70 işciyə xidmət edən bu yeganə sanitar qovsagın yerləsdirdiyiniz kadrlarina görə “ Azəriqaz” in əvəzinə biz sizdən uzr istəyirik . lakin bu biabirciligi sözlə catdıra bilməzdik. Belə ki, işcilərdən öyrəndiyimiz informasiyaya görə bu binada “ Azəriaz “ tərəfindən “Azərsu”ya pul köçürülmədiyindən 1 həftədir ki, su yoxdur. Bundan əlavə əyər nəzərə alsaq ki, Təmir tikinti xidmətinin isciləri hər gün torpagin , kirin icində qayıdandan sonra yuyunmaga belə adi su tapmirlar, uzun muddətdir bu muəssələrdə bu gunə kimi nə ücün isti suyun və yuyunmaq ucun normal səraitin olamdıgı bizi hec təccubləndirmədi. Düzü bu antisanitariyani görəndən sonra özümə yazigim gəldi və işcilərin geyim otagina hec başda cəkmədim. Bu anda yadıma bir necə vaxt bundan əvvəl muzakirə mövzusuna cevrilmiş bir mügənninin “ Mən mazut iyi verən insanin yaninda belə oturmaram “ ifadəsi yadıma düşdü. Mənə maraqlı gəldi, bəs görəsən bu əməkçi insanların hesabina qazanc əldə edib, bahalı kabinetlərdə əyləşən məmurlar neçə, öz fəhlələrinin yaninda oturarlarmı?
Sonrada Sovet quruluşunu tərifləyənləri pisləyirik . Bir məsələni anlamaq lazimdir ki, əyər 27 illik mustəqillikdən sonra bizim əməkçi sinif Sovetlər birliyinin xiffətini cəkirsə bu onun ilk növbədə Sovetlər birliyi dövründə aldıgı sosial rifah və insanı munasibətin xiffətidir.
Sonda isə Sizlərə Sosial şəbəkələrdə məhşur olan bir ifadəni xatırlatmaq istərdim. “ Əyər hər hansı bir mugənni və ya şou biznes əhli bir ay gözə dəyməsə bu cəmiyyətədə hec bir dəyişiklik etməyəcək, lakin evdə kanalizasiya tutularsa, qaz və ya işıq olmazsa təmirçi yani fəhlə bir saat gec öz işinə başlasa bir cox planlarimiz alt üst ola bilər . Odur ki, İşci sinfin qədrini bilin “

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir