“Qafqaz Qartalı – 2019” təlimində atış çalışmaları keçirildi – VİDEO

Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin əldə etdikləri razılığa əsasən Bakıda keçirilən “Qafqaz Qartalı – 2019” birgə təlimi çərçivəsində xüsusi təyinatlı qüvvələr avtomat, tapança, snayper tüfəngi və birdəfəlik qumbaraatanlardan xüsusi atış çalışmaları yerinə yetiriblər. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qarışıq atəş qrupları tərkibində icra edilən atışlar zamanı xüsusi təyinatlılar yüksək Continue Reading

Zakir Həsənov hərbi hospitalda olub – FOTO

Müdafiə Nazirliyinin rəhbər heyəti Novruz bayramı ilə əlaqədar martın 19-da Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub. Bu barədə (bakmiltv.info) -ya Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə hərbi tibb müəssisəsinin həyətində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, ehtiram ifadə edilib. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov hospitalda müalicə alan şəxsi Continue Reading

Bakıda şəhid lövhəsi təhqir olunub – FOTO

Bakının Xəzər rayonunda Qarabağ şəhidlərinin şərəfinə yerləşdirilmiş xatirə lövhəsi təhqir olunub. Bu haqda (bakmiltv.info) -ya şəhidlərdən birinin oğlu Cəsarət Aslanov bildirib. Söhbət Qarabağ döyüşlərində qəhrəmancasına həlak olan üç qardaşdan – Vidadi, Xəqani və Xasil Aslanovlardan gedir. “Bir neçə gün öncə naməlum şəxs lövhənin önünə qoyulmuş gülləri qıraraq yandırıb. Daha sonra isə Continue Reading

20 Yanvar əlillərinin prezident təqaüdü 10 faiz artırılıb

Prezident İlham Əliyev 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında sərəncam imzalayıb. (bakmiltv.info)-nın xəbərinə görə, sərəncamda qeyd olunur ki, 1990-cı ilin 20 Yanvarhadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılsın.

Şəhid ailələri üçün prezident təqaüdü artırılıb

Dövlət başçısı şəhid ailəsi üçün Azərbaycan Respublikası prezidentinin təqaüdünün artırılması haqqında sərəncam imzalayıb. (bakmiltv.info) xəbər verir ki, sərəncama əsasən şəhid ailəsi üçün Azərbaycan Respublikası prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılıb.

Nəsimi rayon Bələdiyyə sədri Nazim Qaraxanov II qrup müharibə əlili Bakı müharibə əlil və veteranlarının sədri Fuad Rzayevi bələdiyyəyə pul ödəmədiyinə görə məhkəməyə verir…

Bakmiltv.info-ya bildirən II qrup müharibə əlili Fuad Rzayev, bələdiyyənin əlindən evimdə sakitliyim yoxdur. Gah bələdiyyə işçiləri qapını döyüb pul tələb edir, gah da təhdid edici məktublar göndərirlər. Mən Fuad Rzayev onlara bir neçə dəfə pulda verdim amma izah etdim ki, qardaşlar daha mənim qapıma gəlib narahat etməyin. Mən Bakılıyam Qarabağda i Continue Reading

BQXK nümayəndələri Dilqəm və Şahbazla görüşüb

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərlə görüşüblər. (bakmiltv.info)-nın məlumatına görə, BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri ötən həftə Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha baş çəkib: “Biz münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi Continue Reading

Vətən oğlu Hikmət Məmmədov qəzəbləndi.

Bu şəkildəki gördüyünüz vətən oğlu Nəzər Əbdürrəhmanov qardaşımızdır.Xidmətdən qabaq və sonra.Hər birimiz ordumuzun gücündən danışırıq.1ci şəkilə baxanda ordumuz var deyirik, 2ci şəkilə baxanda nə ordumuz var nə bir şeyimiz.güclü ordusu olanın hərbiçisi illərdir bu vəziyyətdə olarmı hec.coxlarına deyirəm utanın utanın ölün yerə girin. bu Nəzər qardaşımız döyüş tapşırığı yerinə yetirərkən Continue Reading

Şəhid Milli Qəhrəman Allahverdi Bağırov yad edildi – FOTOLAR

Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Şəhid Milli Qəhrəman Allahverdi Bağırovun döyüş yolunun təbliği” adlı layihənin icrası çərçivəsində Səbail rayonu 7 nömrəli orta məktəbdə tədbir keçirilib. Tədbirdə Allahverdi Bağırovun döyüş yoldaşları, “Qarabağ” futbol klubunda onun məşqçiliyi altında oynamış veteran futbolçular və ailə üzvləri iştirak edib. Azərbaycan himni və şəhidlərə Continue Reading

Məktəblərdə Xocalı faciəsi ilə bağlı dərslər keçiriləcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə” əmr imzalanıb. İdarədən (bakmiltv.info)-ya verilən məlumata görə, müvafiq əmrlə təsdiqlənmiş “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”nda “Xocalıya gedən yol” mövzusunda mühazirə, toplantı, “dəyirmi masa”, xüsusi dərs, məşğələ və konfransların təşkili nəzərdə tutulur. Bundan əlavə, Continue Reading