Bu gün yeddi müavinət və təqaüd növü elektronlaşdırılıb.

Baku TV xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov bildirib.

“Elektronlaşdırılacaq müavinətlər və təqaüdlər – Fəxri adlara görə Prezidentin aylıq təqaüdü, Prezidentin fərdi təqaüdü, şəhid uşaqlarına aylıq müavinət, şəhid ailəsinin üzvlərinə müavinət, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına müavinət, şəhid ailəsi üçün prezidentin təqaüdü və yaşa görə müavinət növləridir. 15 arayış növü də tam şəkildə elektronlaşdırılıb”, – deyə o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir