Dünyaca məşhur aktyor və kunq-fu ustadı Brüs Linin qızı Şennon Li “Real Kungfu” adlı Çinin məşhur “fastfood” şəbəkəsini məhkəməyə verib.

“Meduza” xəbər verir ki, buna səbəb şirkətin loqotipində qanunsuz olaraq onun atasının təsvirini istifadə etməsi olub.

“Bruce Lee Enterprises” şirkəti adından məhkəməyə baş vuran Ş.Li “fastfood” şəbəkəsindən 210 milyon yuan (51 milyon AZN) təzminat tələb edir.

Qeyd etmək lazımdır ki, sözügedən şəbəkənin loqotipində kunq-fu ustadı sarı köynəkdə təsvir edilib.

Öz növbəsində isə şirkət bu loqotipi 15 il öncə qeydiyyatdan keçirdiyini vurğulayıb.

Qeyd etmək lazımdır ki, “Real Kunqfu” “fastfood” şəbəkəsi 1990-cı ildə təsis edilib və Çinin müxtəlif nöqtələrində təxminən 600 kafeyə malikdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir