Bakıda və Gəncədə kafelərdə yanğın olub.

FHN-dən bakmiltv.info-ya verilən məlumata görə, hadisələrdən biri Gəncə şəhərinin Nizami rayonunda baş verib.

Belə ki, dördmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 110 m² olan kafenin mətbəxində lambirindən ibarət tavan 10 m² sahədə və 2 ədəd məişət avadanlığı yanıb.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər hadisə isə Bakı şəhərinin Binəqədi rayonunda qeydə alınıb.

Beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 80 m² olan taxta üzlükdən ibarət kafenin mətbəxinin lambirindən ibarət tavanı 5 m² sahədə və 1 ədəd məişət avadanlığı yanıb.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir