“Ekologiya postu” yaxınlığında ticarət mərkəzində baş verən yanğın söndürülüb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

09:05

“Ekologiya postu” yaxınlığında ticarət mərkəzi yanır.

bakmiltv.info xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində tikinti materialları satılan “EuroHome” mərkəzində baş verib.

Bir mağazada başlayan yanğın qısa müddətdə digərlərinə yayılıb.

Hazırda güclü yanğının bütün mağazalara yayılmasının qarşısını almaq üçün tədbirlər görülür.

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən faktı təsdiqləyiblər.

08:29

Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın başlayıb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir