Sürüşmə sahəsində yenidən aktivləşmə baş verib.

bakmiltv.info xəbər verir ki, bu gün səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov jurnalistlərə açıqlamasında bildirib ki, eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi magistral avtomobil yoluna doğru hərəkət edib:

“Hazırda sürüşmə sahəsində aktivlik müşahidə olunur. Tərəfimizdən ərazidə monitorinqlər aparılır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir