Ənənəvi olaraq, bu il də dekabrın 1-də Fəvvarələr Meydanında Yeni il ənənəsi halına gələn “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası fəaliyyətə başlayıb.

Oxu.Az xəbər verir ki, yarmarka “Nargis” Fond tərəfindən təşkil olunur.

Bakıda keçirilən ən böyük qış sərgisi yerli sakinlərlə yanaşı, turistlərin də diqqətini çəkib. İnsanlar ailəvi istirahət üçün məhz bu məkanı seçir. Burada istirahət etməklə, ehtiyacı olan şəxslərə yardım etmək şansı da əldə edirsiniz. Belə ki, yarmarkada xeyriyyə məqsədilə hazırlanan əl işləri də satılır.

Görünüşü ilə göz oxşayan yarmarkadan toplanan vəsait, hər il olduğu kimi, xeyriyyə işlərinə yönləndiriləcək.

“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasından fotoqrafımızın obyetivinə tuş gələn ən gözəl anları təqdim edirik:

Könül Cəfərli 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir