Ras əl-Xayma (BƏƏ) şəhərində Yeni il atəşfəşanlığı Ginnesin iki dünya rekordunu qırıb.

Bu barədə “Khaleej Times” nəşri yazır.

Yüz minlərlə tamaşaçı 13 dəqiqəlik atəşfəşanlığın şahidi olub, onun yaylımları, təxminən, 3,8 kilometr hündürlükdə görünüb ki, bu da rekord olub.

Bundan əvvəl isə rekord Yapon mütəxəssislərinə məxsus idi. Belə ki, onlar 3,3 kilometr hündürlüyə qədər atəş topları buraxa bilmişdilər.

Şou ikinci nominasiyasını pilotsuz uçan aparatların istifadə edilməsi ilə buraxılan ən kütləvi atəşfəşanlıq kimi alıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir