Səhiyyə Nazirliyi küçədən tapılan körpənin vəziyyəti ilə bağlı məlumat yayıb.

Nazirlikdən bakmiltv.info-ya verilən məlumata görə, Gəncədə vətəndaşların küçədən taparaq Gəncə Şəhər 2 saylı Uşaq Xəstəxanasına gətirdikləri 3-4 günlük olan oğlan uşağının vəziyyəti qənaətbəxşdir.

Həkimlərin söözlərinə görə, uşaqda fiziki qüsur qeydə alınmayıb. Uşaq hazırda xəstəxanada həkimlərin nəzarəti altında saxlanılır.

Faktla əlaqədar artıq hüquq-mühafizə orqanlarına da məlumat verilib.

08:58

Gəncə şəhərində yeni doğulmuş körpə tapılıb.

Report-un məlumatına görə, şəhərin Gülüstan qəsəbəsi ərazisində məişət tullantıları üçün qoyulmuş qutuların yanında yeni doğulmuş oğlan uşağı tapılıb.

Körpə Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumata görə, körpənin səhhətində problem aşkarlanmayıb. Hazırda vəziyyəti normaldır və hələlik xəstəxanada saxlanılır.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir