2019-cu ildə Azərbaycan Respublikası ərazisində FM radioyayımının əhatə dairəsinin genişləndirilməsi məqsədilə 88 – 108 MHz diapazonundan istifadəyə yararlı boş olan yeni tezliklər ayrılıb.

bakmiltv.info xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) 2019-ci il üzrə hesabatında qeyd olunub.

Belə ki, hesabata əsasən, 100,5 FM-in Poylu Radio-televiziya yayım stansiyasından (Ağstafa rayonu) yayımı üçün 94,1 MHz, 100,5 FM və Xəzər FM-in Təpəcənnət RTYS-dən (Şəki rayonu) yayımı üçün uyğun olaraq 92,2 MHz və 96,3 MHz, ASAN Radionun xidmət zonasının genişləndirilməsi üçün Poylu RTYS-dən onun yayımının həyata keçirilməsi üçün 100,0 MHz, Gülüstan RTYS-dən (Ağsu rayonu) və Danaçı RTYS-dən (Zaqatala rayonu) onun yayımları üçün 95,6 MHz, Şamaxı Radio-televiziya stansiyasından yayımı üçün 96,5 MHz, İctimai Radio proqramının Bakı teleqülləsindən yayımı üçün əlavə olaraq 94,5 MHz işçi tezlikləri ayrılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir