Mingəçevirdə gənc qız evlənmək məqsədi ilə qaçırılıb.

Report xəbər verir ki, 18 yaşlı C.Salmanov 21 yaşlı qızı zorla evlənmək üçün qaçırıb.

Ona bu işdə həmyaşıdı S.Qarayev kömək edib.

Qız və valideynləri şikayətçi olduqları üçün hər iki gənc polis tərəfindən saxlanılıb.

Hər iki oğlan barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi açılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir