Bir neçə gün bundan öncə bəzi sosial şəbəkələrdə özünü heç bir əsas olmadan bloger adlandıran və yaxın vaxtlara kimi Əli Həsənova “Allah sənin canını sağ eləsin, nə yaxşı ki, varsan” deyən, bu gün isə adı çəkilən şəxsə qarşı “dönük çıxan” Abdullayevin “Azərbaycan” nəşriyyatı ilə bağlı yayımladığı video çəkliş, hal-hazırda da müəyyən çevrələrdə müzakirə mövzusuna çevrilməkdədir.

''Azərbaycan” nəşriyyatından REPORTAJ - FOTOLAR

Əvvəla onu qeyd edək ki, bugünə kimi ​ Azərbaycan mətbuatına ləkə gətirən Ata Abdullayev adlı şəxs, tam əksəriyyət tərəfindən həzm olunmadığından, onun istər jurnalist, istərsə də bloger fəaliyyəti ilə bağlı ciddi şübhələr əmələ gəlib. Bu şəxsin bir neçə gün bundan öncə başqa bir redaksiya adı altında mühavizə edən polisləri aldadaraq, “Azərbaycan” nəşriyyatına daxil olaraq müəyyən saxta çəkilişlər aparması, az sonra isə həyata keçirdiyi çəkilişləri özünəməxsus məhdud dairədə ictimailəşdirməsi, Ata Abdullayevin bir daha qınaq və nifrət obyektinə çevrilməsinə səbəb oldu. Çünki, bu şəxsin başlıca məqsədi “Azərbaycan” nəşriyyatı ilə bağlı əsl həqiqətləri hər kəsin diqqətinə çatdırmaq deyil, yalnız çirkin niyyətini həyata keçirmək olur.

''Azərbaycan” nəşriyyatından REPORTAJ - FOTOLAR

​ ​ ​ Əvvəla onu qeyd edək ki, “Azərbaycan” nəşriyyatı PA-nın işlər idarəsinin nəzdində fəaliyyət göstərən bir qurum olsa da, bu gün tam təsərrüfat hesablı bir müəssisədir. Bu belə olduğundan nəşriyyata aid bütün xərclər, yalnız və yalnız daxili imkanlar hesabına ödənilir. O halda sual oluna bilər ki, görəsən səbəb nə olur ki, Ata Abdullayev belə bir çəkilişini həyata keçirib müəyyən problemləri ictimailəşdirərkən, daxili imkanlar hesabına həyata keçirilmiş təmir-bərpa işlərindən bir kəlmə söz danışmır. Deməli, bu şəxsin düşüncəsində bir qərəzçilik hissi var ki, o, bu yöndə addımını atır. Ata Abdullayevin belə bir addımını atması, bu gün bir kimsədə heç də təəccüb doğurmur. Çünki, bu şəxs öz xislətinə uyğun addımını atdı və Əli Həsənova məxsus obyektlərlə, sanki dövlət müəssisəsini səhv saldı. Bu da adı çəkilən şəxsin hansı əxlaqa, hansı düşüncə tərzinə sahib olduğunu göstərir. Əli Həsənov vəzifədə olarkən onun diqtəsi ilə oturub duran Ata Abdullayev, bu gün yeni manevr qaydalarına əl atmaqdadır. Yəni, o, indidə DIN-in yüksək çinli məmurlarının adlarından sui-istifadə etməkdən belə çəkinmir. Nəşriyyata daxil olmaq üçün həmin yüksək çinli polis məmurunun adından istifadə edərək mühavizə poliskərinə hədə gəlməkdən də çəkinməyib. Yəqin ki, bu şəxsin iç üzü açıldıqca hər kəs onu daha yaxından tanıyacaq.

''Azərbaycan” nəşriyyatından REPORTAJ - FOTOLAR

​Onu da bildirək ki, Ata Abdullayev həyata keçirdiyi çəkilişlərini ictimailəşdirərkən, “Azərbaycan” nəşriyyatı haqda həqiqətə uyğun olmayan açıqlamalar da yaydı. Belə bir açıqlamalardan sonra Nəşriyyatda baş mühəndis vəzifəsini daşıyan Ləbib Ləbibov mətbuata açıqlamasında vurğulayıb ki, “Azərbaycan” nəşriyyatının hazırkı inzibati binası 1969-cu ildə ulu öndər Heydər Əliyevin, ölkəmizdə başlatdığı böyük quruculuq və inkişaf dövründə inşa olunub. Aydın məsələdir ki, sovet dönəmində inşa olunan bu bina ​ müasir tikililərlə heç cür müqayisə edilə bilməz. Hər gün evimizdə nəsə sınır, sökülür, yaxud da təmir olunur, yenisi ilə əvəz edilir. Məgər, bu gün bu böyük binanı saxlamaq üçün biz heç nə etmirik?! Cari təmir və təmizlik tədbirlərini həyata keçirməyi, gündəlik işimizin ayrılmaz hissəsi hesab edirik. Əsaslı təmirə qaldıqda isə, hələlik bu məsələni həyata keçirmək imkanımız xaricindədir. Çünki, biz büdcədən hər hansı vəsait almırıq ki, belə bir işləri də həyata keçirmək imkanımız olsun. Bəzən kimlərsə mətbuat və nəşriyyat məvhumlarını eyniləşdirirlər. Onu bildirim ki, bu gün paytaxt Bakı şəhərində və digər yerlərdə “Azərbaycan” nəşriyyatından başqa onlarla nəşriyyat fəaliyyət göstərir. Nə bizim, nə də onların mətbuata heç bir aidiyyatımız yoxdur. ​ Məsələnin məğzini tam anlamayanlar sosial mediada çaşqınlıq yaradırlar. “Azərbaycan” nəşriyyatı müxtəlif mətbu orqanların– rəsmi dövlət və digər qəzetlərin, jurnalların, kitabların və müxtəlif poliqrafiya məhsullarının işıq üzü görməsi ilə məşğul olur. Nəşriyyat yalnız texniki cəhətdən məsuliyyət daşıyır və biz icraçı orqanıq. O ki, qaldı mətbuata ayrılan vəsaitlərə, həmin vəsaitlər sosial şəbəkələrdə yazıldığı kimi Nəşriyyata deyil, ayrı-ayrı mətbu orqanlara ayrılır. Bütün bunları ayrıd etmək lazımdır. Nəşriyyatın balansında olan otaqlar redaksiyalara müqavilə əsasında istifadəyə verilir və toplanan vəsaitlər isə, onların işıq, qaz, istilik, su və digər xidmətlərin xərclərinə sərf olunur”.

''Azərbaycan” nəşriyyatından REPORTAJ - FOTOLAR

​ ​ ​ Bu gün Ata Abdullayev adlı şəxsə məsləhət görərdik ki, bir daha “Azərbaycan” nəşriyyatı haqda açıqlama hazırlayarsa, o halda bəzi incəliklərə lazımınca diqqət yetirsin və ictimaiyyətə əsl həqiqətləri çatdırsın, eyni zamanda ctimai fikirdə çaşqınlıq yaratmağa çalışmasın. Əgər bu kimi məsələləri ayrıd etməyi bacarmırsa, o halda bir az düşünsün və bir qədər də götür-qoy etsin. Başa düşmək olmur ki, bu şəxs Nəşriyyatın birinci mərtəbəsindən doqquzuncu mərtəbəsinə qədər olan mərtəbələrin koridorlarında, otaqlarında, ayaqyollarında və s. həyata keçirilən təmir-bərpa işlərini niyə görmür? Bəlkə də, bu şəxsin gözlərində problem var ki, o, görmək istədiyini görə bilmir. Necə olur ki, biz rəhbərliyə heç bir məlumat vermədən, onların xəbərdar etmədən tərəfimizdən çəkilişlər həyata keçiririk və ağa ağ, qaraya isə qara deməyi bacarırıq. O, isə dövlətə bağlı olmayan ”ağasından” hansısa maraqlar əsasında aldığı sifarişi yerinə yetirməklə, belə bir addımını atmağa qərar verir. Bəli, açıq şəkildə qeyd edək ki, bu gün “Azərbaycan” nəşriyyatının hissə-hissə davam edən təmir işləri ilə bağlı, müəyyən problemləri var. Belə bir problemlərin varlığı isə, ümumi işlərin heç 20%-də etmir. Yəqin ki, təmirlə bağlı bütün məsələlər əvvəlki illərdə olduğu kimi, bundan sonra da mərhələli şəkildə aradan qaldırılacaq. Görəsən o halda Ata Abdullayev nədən, hansı problemdən yazmağa qərar verəcək.

''Azərbaycan” nəşriyyatından REPORTAJ - FOTOLAR

​ ​Bir anlığa o halın varlığına da diqqət yetirək ki, 20 noyabr 2019-cu il tarixdə Ermənistanın baş naziri İtaliyada səfərdə olarkən, Ata Abdullayev yerli erməni icmasının üzvləri ilə Milan şəhərindəki kilsədə görüş keçirilərkən, hansısa yollarla Nikol Paşinyanın da iştirak etdiyi tədbirə daxil olur və baş nazirə xalqımızı aşağılayıcı suallar ünvanlyır. Hətta, o, kilsədə keçirilən tədbirdə iştirak etməsi və işğalçı ölkənin baş nazirinə suallar ünvanlaması barədə, özünün səhifəsində video da paylaşır. Bu şəxsi həmin tədbirə kimin göndərməsi, kilsəyə hansı yollarla daxil olması və s. bu gün də ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır. Ehtimal etmək olar ki, özünü Azərbaycan cəmiyyətinə bloger kimi “sırıyan” bu şəxsin, erməni “arkadaşları” ilə hansısa bağlılığı var ki, o, həmin tədbirə qatıla bilir. Deməli, hər kəs belə məqamları üzə çıxartmağa çalışmalıdır ki, Abdullayev soyadını daşıyan bu şəxsin kimliyi, kimə xidmət etməsi, tez-tez sifətini və yönümünü dəyişməsinin səbəbləri hər kəsə bəlli olsun. Onu da qeyd edək ki, Ata Abdullayevin xarici ölkələrə səfər etməsi heç də maliyyə baxımından sıxıntı yaratmır. Çünki, onun bir neçə dönərxanaları və çay evi var. Hətta sosial şəbəkələrdə deyilənlərə görə onun üzərində cinayət işi də var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir