UEFA Region Kuboku turnirinin 2020/2021-ci il mövsümünün püşkü atılıb.

bakmiltv.info xəbər verir ki, A qrupunda yer alan təmsilçimiz ilkin təsnifat mərhələsində Gürcüstan, Estoniya və İsveç klubları ilə qarşılaşacaq.

Bu qrupun oyunları iyulun 21-də, 24-də və 27-də İsveçdə keçiriləcək. Komandamız ilkin qrup mərhələsinin qalibi kimi növbəti mərhələyə vəsiqə qazanarsa, Çexiya, Ukrayna və Bosniya və Herseqovina, ikinci pillənin sahibi kimi mübarizəni davam etdirərsə, Rusiya, Bolqarıstan və Uels klubları ilə görüşəcək.

Qeyd edək ki, ölkəmizi bu turnirdə yenə Region Liqasının ötən mövsümünün qalibi olmuş “Uğur” (Sumqayıt) komandası təmsil edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir