Rusiyanın Çelyabinsk şəhərində  marşrut avtobusu dayanacağa çırpılıb. Oradakı adamların bir qismi kənara qaçmağa imkan tapsa da, bir kişi təkərlərin altında qalıb.

Bu barədə Life.ru xəbər verir.

İlkin ehtimallara görə, 1964-cü il təvəllüdlü sürücü mikroavtobusda  idarəetməni itirib.

Qəza zamanı ağır xəsarət alan kişi xəstəxanaya yerləşdirildikdən sonra komaya düşüb. Həkimlər onun beyin silkələnməsi keçirdiyini deyirlər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir