Uşaqlar qədər böyüklərin də səbirsizliklə gözlədiyi sehrli gecə  – 31 dekabr artıq yaxınlaşır.

Yeni il hər birimiz üçün həm də yeni ümidlər, yeni arzular deməkdir və məhz həmin gün ətrafımızda hər şeyin eynilə nağıllarda olduğu kimi işıq saçmasını, bu möcüzəvi bayramın ancaq göz oxşayan pozitiv anlarla yadda qalmasını arzulayırıq. Axı Yeni ili necə qarşılayırsansa, elə o cür də başa vurursan.

Bu sehrli bayramı – yəni 2020-ci ili harada keçirəcəyinizlə bağlı hələ bir qərara gəlməmisinizsə, Azərbaycanın dilbər guşələrindən biri olan Qubada yerləşən Quba Palace Hotel sizə bu işdə yardımçı ola bilər.

Quba Palace Hotel-də Yeni il möhtəşəm olacaq, belə ki bayram günlərində qonaqlara Azərbaycanın “Avroviziya” ulduzlarının iştirakı ilə rəngarəng əyləncə proqramı təqdim ediləcək.

Ən parlaq “Avroviziya” ulduzlarımız – Elnur Hüseynov, Samir Cavadzadə, Diana Hacıyeva, Sabina Babayeva, Çingiz Mustafayev, həmçinin ölkəmizə qələbə gətirmiş “Avroviziya-2011”in iştirakçıları Nigar Camal və Eldar Qasımov öz unudulmaz ifaları ilə Quba Palace Hotelin qonaqları üçün çıxış edəcəklər. Başqa deyimlə desək, Yeni il axşamı “Avroviziya”nı Qubaya gətirəcəklər.

Onu da qeyd edək ki, “Avroviziya” ulduzları ilk dəfədir ki, bu tərkibdə eyni səhnədə yer alacaqlar. Bu isə o deməkdir ki, Quba Palace Hotelinin qonaqlarını sözün əsl mənasında unudulmaz bir gecə gözləyir.

Əlbəttə, heç bir bayramı rəqslər olmadan təsəvvür etmək mümkün deyil, odur ki, bütün bayram boyunca Diamond Show Balet qrupu öz rəqsləri ilə qonaqları əyləndirməyə davam edəcək.

Sizi “Avroviziya” hitləri, yola saldığımız ilin ən gözəl mahnıları və təbii ki, saysız-hesabsız bayram sürprizləri gözləyir. Otağınzı indidən rezervasiya etməyə tələsin, belə ki gün keçdikdə yerlərin sayı azalır.

Quba Palace Hoteldə keçiriləcək Yeni il tədbirləri barədə sizi maraqlandıran bütün suallarla bağlı (+99412) 404 34 34, (+99450) 281 81 50 nömrələrinə zəng etməklə və ya sosial şəbəkələr vasitəsilə məlumat ala bilərsiniz.

Quba Palace Hotel sosial şəbəkələrdə –  @qubapalacehotel

Otelin rəsmi saytı https://www.qubapalace.com/

Yeni iliniz mübarək!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir