3-cü mikrorayon bazarındakı yanğın söndürülüb – YENİLƏNİB+VİDEO

Bakı şəhəri, Nəsimi rayonunda, “3-cü mikrorayon bazarı” adlanan ərazidə baş verən yanğın söndürülüb. Bu barədə bakmiltv.info-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Əlavə məlumat veriləcək. 17:58 Nəsimi rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Nəsimi rayonunda (3-cü mikrorayon bazarı adlanan ərazidə) yanğın olması barədə məlumat daxil olub. […]

3-cü mikrorayon dairəsi istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb

Bakının Nəsimi rayonu “3-cü mikrorayon bazarı” ərazisində baş verən yanğınla əlaqədar hazırda mikrorayon dairəsindən Ziya Bünyadov prospekti istiqamətində, Ceyhun Səlimov keçəsində və 20 Yanvar dairəsindən 3-cü mikrorayon dairəsi istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb. “Report” xəbər verir ki, 3-cü mikrorayon dairəsindəki körpünün üzərində Ziya Bünyadov istiqamətində isə sıxlıq müşahidə olunur. Bakı Nəqliyyat […]

Qurban Qurbanov 10-cu dəfə ilin məşqçisi kimi mükafatlandırıldı – FOTO

Azərbaycanda 2019-cu ilin ən yaxşı futbol məşqçisinin adına aydınlıq gəlib. bakmiltv.info xəbər verir ki, komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qalib olub. 64 mətbu orqanından 68 jurnalistin qatıldığı sorğuda Qurbanov digər namizədləri böyük fərqlə geridə qoyaraq, 2019-cu ilin ən yaxşı məşqçisi seçilib. O, 59 səs […]

Nazir müavinindən Yeni illə bağlı – XƏBƏRDARLIQ

Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Yeni il bayramı ilə bağlı tapşırıq verib. BAKMILTV.INFO-nın məlumatına görə, E.Mirzəyev Fövqəladə Hallar Nazirliyində keçirilən əməliyyat müşavirəsində bildirib ki, Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi tədbirlərinin gücləndirilməsi və yanğından mühafizə işinin səmərəliliyinin daha da artırılması vacibdir.

İcra başçısının atası Əlikram Hümbətovla iş birliyində -İDDİA

Redaksiyamıza Goranboy Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Məhərrəm Quliyev və atası Böyükağa kişi haqqında sensasion iddia daxil olub… Adı mətbuatın gündəmindən düşmək bilməyən Goranboy Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Məhərrəm Quliyev növbəti dəfə ittihamlara tuş gəlib. Belə ki, icra başçısının keçmişi ilə bağlı dozye.org-a olduqca ilginc bir iddia gəlib. Ermənilər […]

Prezidentdən 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında – SƏRƏNCAM

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazisində və ölkəmizin hüdudlarından kənarda 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anma mərasimləri keçirilməlidir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planını hazırlamalı və onun həyata keçirilməsini təmin etməlidir. Azərbaycan […]

Türkiyədə müalicə alan Xalq artisti: MRT-yə ödəyəcəyim pulun miqdarını söyləyəndə şoka düşdüm

Türkiyədə müalicəm işə yaradı. Özümü yaxşı hiss edirəm. Amma müalicəmi davam etdirmək üçün yenidən Türkiyəyə qayıtmalıyam. Bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində Xalq artisti Naibə Allahverdiyeva bildirib. Aktrisa Türkiyədə aldığı müalicəsinin ona baha başa gəldiyini bildirib: “Beyin və qan təzyiqimin yuxarı olması ilə bağlı səhhətimdə ciddi problemlər yarandı. Ona görə də Türkiyəyə […]

Azərbaycan XİN: Bu qətnaməni qərəzli və hər hansı hüquqi əsası olmayan sənəd kimi qiymətləndiririk

Bu ilin 12 dekabr tarixində ABŞ Senatı tərəfindən qondarma erməni soyqırımının tanınmasına dair qəbul edilən qətnaməni tarixin saxtalaşdırılması və siyasi təzyiq vasitəsi kimi istifadə edilməsi cəhdidir. bakmiltv.infi  xəbər verir ki, bunu XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ABŞ Senatının qondarma erməni soyqırımını tanıyan qətnaməni qəbul etməsinə münasibət bildirərkən deyib. “Qətnamənin […]

Çempionlar Liqasında qrup mərhələsinə yekun vuruldu

Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub. bakmiltv.info xəbər verir ki, son oyunun günündə daha 8 görüş baş tutub. A, B, C və D qruplarındakı son oyunların ardından 1/8 final mərhələsinə son iki vəsiqənin sahibi də müəyyənləşib. C qrupunda ikinci yer uğrunda 3 komanda mübarizə aparıb. Amma sonda sevinən “Atalanta” olub. Nəticədə, […]