Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımova türkiyəli müğənni Yavuz Bingöllə birgə duet oxuyacaq.

bakmiltv.info xəbər verir ki, duet sabah Türkiyədə II Beynəlxalq Xalq Musiqisi Festivalı ilə bağlı keçirilən konsertdə səsləndiriləcək.

Hansı mahnıya duet oxunacağı isə açıqlanmayıb.

Eyni zamanda, Alim Qasımov və Fərqanə Qasımova Yavuz Bingöllə birlikdə Türkiyənin məşhur şoumeni və aparıcısı Okan Bayülgenin qonağı olub. Proqramın nə vaxt yayımlanacağı bilinmir.

Qeyd edək ki, Türkiyənin Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən festival bu gündən İstanbulda Bəyoğluda “Grand Pera”da start götürəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir