Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Rəyasət Heyətinin iclasını keçirib.

Partiyanın mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, iclasda 9 fevral 2020-ci il tarixdə keçiriləcək növbədənkənar parlament seçkilərində partiyanın iştirakı məsələsi müzakirə edilib.

Müzakirələrin yekunu olaraq Rəyasət Heyəti partiyanın növbədənkənar parlament seçkilərində iştirakının məqsədə uyğun hesab edərək bununla bağlı qərar verib.

ALDP Rəyasət Heyəti partiya adından 9 fevral 2020-ci il tarixdə keçiriləcək növbədənkənar parlament seçkilərində müvafiq seçki dairələri üzrə namizədlərini irəli sürməsini və Mərkəzi Seçki Qərargahının (MSQ) fəaliyyətə başlamasını tövsiyə edib.

Rəyasət Heyəti bu məsələlərlə bağlı Sədr Aparatına müvafiq tapşırıqlar verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir