Oxu24.com-un yaydığı məlumata görə, ötən gecə Bakıda yerləşən klubların birində kütləvi dava baş verib. Davada məşhur aktrisa Pərvin Abıyeva və işdən çıxarılan polis sevgilisinin də olduğu bildirilib.

bakmiltv.info-nın əməkdaşı hadisənin təfərrüatını öyrənmək üçün Pərvin Abıyeva ilə əlaqə saxlayıb.

O, sözügedən məsələyə bu cür reaksiya verib:

“Bütün saytlarda gecə klubunda baş verən davada mənim də olduğum barədə məlumatlar yayılıb. Bu, həqiqəti əks etdirmir. Mənim bu davadan xəbərim belə yoxdur. Heç Bakıda da deyiləm. Araşdırmadan mənim adımı davalarda hallandırmaq heç bir məntiqə sığmır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir