Jurnalist Peyman Sadıqovun namizədliyi qeydə alındı

Tanınmış jurnalist, “Xalqxeber.Az” İnformasiya Agentliyinin Baş Redaktoru Peyman Sadıqov 46 saylı Şirvan Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınıb. Qaynarinfo xəbər verir ki, bu haqda jurnalist Peyman Sadıqov məlumat verib. Onun sözlərinə görə, Şirvan şəhər əhalisinin bir qismi jurnalistin namizədliyinin irəli sürülməsi barədə təşəbbüsü ondan xahiş ediblər. Peyman Sadıqov açıqlamasında deyib […]

Nərminin vəhşicəsinə qətlində sirr pərdəsi: Polis əmioğlu İlkinə kömək edib? – RƏSMİ AÇIQLAMA

10 yaşlı Nərmin Quliyevanı öldürməkdə ittiham edilən İlkin Süleymanovun dünən saxlanılmasından sonra gündəmə gələn növbəti məsələ həmin şəxsin qohumunun hüquq-mühafizə orqanları əməkdaşı olmasıdır. “TV Press” Agentliyinin iddiasına əsasən, İ.Süleymanovun əmisi oğlu olan polis işçisi 47 gün ərzində cinayəti gizlətməkdə ona kömək edib. Bildirilir ki, hazırda polis əmioğlu da saxlanıraq istintaqa […]

Nərminin meyitinin o formada ortaya çıxmasında məlum verilişin rolu var – RƏSMİ

Bu il yanvarın 1-dən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun qüvvəyə minib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov AYNA-ya uşaq hüquqlarının qorunmasına söykənən qanunun tənzimlənməsindən danışıb. Onun sözlərinə görə, həmin qanunun mexanizmləri hazırlanıb: “Qanunda normalar qeyd olunsa da, tənzimlənmə yox idi. Nazirlər Kabinetinin qərarı […]

Ruhi-Əsəb Dispanserində xəstələri məsxərəyə qoyan şəxslərlə bağlı polis hərəkətə keçdi – RƏSMİ

Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyinin Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi-Əsəb Dispanserində xəstələrin məsxərəyə qoyulduğunu əks etdirən videogörüntü üzə çıxıb. Sosial şəbəkələrdə yayılan videoda bir qrup gəncin pasiyentləri ələ salaraq kameraya çəkməsi əks olunub. bakmiltv.info xəbər verir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyi rəsmi məlumat yayıb: “Sosial şəbəkələrdə yayılan videogörüntü, 2019-cu […]

Bir qrup gənc Maştağadakı Ruhi-Əsəb Dispanserinə daxil olub, xəstələri məsxərəyə qoydu – VİDEO

Səhiyyə Nazirliyinin Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi-Əsəb Dispanserində xəstələrin məsxərəyə qoyulduğunu əks etdirən videogörüntü üzə çıxıb. Baku.ws xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda bir qrup gəncin pasiyentləri ələ salaraq kameraya çəkməsi əks olunub. İddiaya görə, görüntülər Maştağada yerləşən dispanserdə qeydə alınıb. Sözügedən video sosial şəbəkələrdə hiddətlə qarşılanıb. Sosial şəbəkə istifadəçiləri gənclərin […]

Müdafiə naziri: Orduda bütün infrastrukturun yenilənməsi gələn il tam başa çatdırılacaq

Ötən ildə hərbi qulluqçuların xidməti fəaliyyətinin və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə xeyli sayda hərbi obyektlər istifadəyə verilib. bakmiltv.info xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov yanvarın 11-də keçirilən xidməti müşavirədə deyib. O, bu işlərin cari ildə də davam etdiriləcəyini qeyd edib: “Ali Baş Komandanın tapşırığına […]

Yol polisi yeni geyimdə – FOTO

Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşlar yeni geyimə keçir. bakmiltv.info-nın məlumatına görə, yeni formalar artıq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti əməkdaşlarına təhvil verilib. Yol-Patrul Xidmətinin əməkdaşları yaxın günlərdə yeni, daha müasir geyim formasında xidmət aparacaq. Yeni formaların respublika üzrə bütün yol polislərinə təqdim edilməsi gözlənilir.  

Şirkətin pullarını mənimsəmək üçün döyüldüyünü dedi

Polisə bilərəkdən yalan məlumat verən şəxs saxlanılıb. Bununla bağlı DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan bakmiltv.info-ya məlumat verilib. Qeyd edilib ki, Bakı şəhər sakini Etiram Hüseynov DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq iki gün əvvəl idarə etdiyi “Man” markalı yük avtomobili ilə Şəki rayonu ərazisində hərəkətdə olan zaman başqa bir minik […]

Bu il “Formula 1” yarışı Bakıda saat neçədə başlayacaq?

“Formula 1” üzrə 2020-ci il mövsümü üçün Azərbaycan Qran-Prisində yarışların keçirilmə vaxtı açıqlanıb. Beynəlxalq Avtomobil Federasiyasından (FIA) bakmiltv.info-ya verilən məlumata görə, bu il 5-7 iyunda keçiriləcək Azərbaycan Qran-Prisində sərbəst yarışlar saat 13:00-14:30 və 17:00-18:30-da baş tutacaq. İlk sərbəst yarışlar iyunun 5-də keçiriləcək. İyunun 6-da keçiriləcək üçüncü sərbəst yarış 14:00-da başlayacaq və […]