2020-ci il üçün Azərbaycanda 4,8%-lik inflyasiya proqnozlaşdırılır.

bakmiltv.info xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

V.Qasımlının sözlərinə görə, gözlənilən inflyasiya idarəedilən olmalıdır:

“Azərbaycan Mərkəzi Bankının bu vəziyyətə nəzarət etməsi ümumilikdə kifayət qədər müsbət haldır. Beynəlxalq təşkilatlar da bildirir ki, Azərbaycanda hazırda mövcud olan 2,6%-lik inflyasiya göstəricisi optimal hesab edilir”.

İcraçı direktor əlavə edib ki, inflyasiya göstəricisində volatiliyin olması təhlükəlidir:

“Həm inflyasiya göstəricisinin kəskin artması, yaxud kəskin azalması eyni dərəcədə təhlükəlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir