78 yaşlı qadını avtobus vurub öldürdü

Abşeron rayonunda marşurut 78 yaşlı qadını vurub. bakmiltv.info xəbər verir ki, hadisə Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində baş verib. Belə ki, 1975-ci il təvəllüdlü Məlikov Yalçın Əliağa oğlu ayın 3-ü saat 12 radələrində Hökməli qəsəbəsi – “Memar Əcəmi” metrostansiyası marşurut xətti ilə hərəkət edən sərnişin avtobusu ilə qəsəbənin sonuncu dayanacaq istiqamətində hərəkətdə olarkən yolu Continue Reading

Azərbaycanda uşaqlarına dağ basan anaya cinayət işi açıldı

Daşkəsən rayonunda öz övladlarına qaz sobasında qızdırılmış əşya ilə xəsarətlər yetirən qadına cinayət işi açılıb. bakmiltv.info-nın məlumatına görə, araşdırmalar nəticəsində Elmira Pavlovaya Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsilə cinayət işi başlanılıb. Hələlik saxlanılan yoxdur. Qeyd edək ki, bir müddət əvvəl E.Pavlovanın atası Saday Əlirzayev Daşkəsən Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, Continue Reading

Bakı küçələrində erməni mahnısı səsləndirdilər – VİDEO

Dünən sosial şəbəkələrdə yayılan video ciddi müzakirələrə və narahatlığa səbəb olub. BakuPost.az xəbər verir ki, həmin video Bakı küçələrində erməni mahnısı səsləndirilən avtomobildə çəkilib. Avtomobildə olanlar Azərbaycan dövləti əleyhinə ifadələr işlədir, milləti aşağılayan “zarafatlar” edirlər. Hiss olunur ki, onlar öz danışıq tərzləri ilə guya gürcü olduqlarını bildirmək istəyirlər. Bu provokasiya xarakterli Continue Reading

“REPORT” İnformasiya Agentliyinin Report.ge resursu fəaliyyətə başlayıb

“REPORT” İnformasiya Agentliyinin Gürcüstanda www.report.ge resursu fəaliyyətə başlayıb. Mərkəzi ofisi paytaxt Tbilisidə yerləşən xəbər saytının əsas məqsədi qonşu ölkədə etibarlı xəbər mənbəyi kimi özünü təsdiq etmək, Gürcüstan ictimaiyyətinin diqqətinə bu ölkədə və xaricdə baş verənləri operativ şəkildə və obyektiv qaydada çatdırmaqdır. Agentliyin baş redaktoru Nino Xidaşeli bildirib ki, report.ge günboyu Gürcüstanın ictimai-siyasi, iqtisadi, sosial Continue Reading

Azərbaycanda yol davası ölümlə bitdi: həmkəndlisini döydü, heyvanlar bağlanmış araba ilə üstündən keçdi

Ağdamda mal-qara üstündə mübahisə ölümlə nəticələnib. bakmiltv.info-nın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Xındırıstan kəndində qeydə alınıb. Kənd sakinləri Hətəmov Əli Əsgər oğlu evə gedərkən yolda həmkəndlisi Nəsibov Umud Qulu oğlu ilə mal-qara üstündə mübahisə edib. Ə.Hətəmov U.Nəsibovun keçdiyi yolun ona məxsus olduğunu iddia edərək eşşək arabasına bağlanmış iribuynuzlu Continue Reading

Bakıda güclü külək ağacları maşınların üstünə aşırdı – FOTO

Ötən gün paytaxt ərazisində əsən güclü külək nəticəsində çox sayda ağac aşıb. Bu barədə bakmiltv.info-ya Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi Şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib. Şöbə rəisi bildirib ki, ağaclardan 15-i kökündən qopub: “Digərlərinin isə budaqları qırılıb. Ağac aşma hadisələri Nəsimi, Yasamal, Səbail, Nərimanov, Nizami və Continue Reading

Məktəbli “Hallowen” bayramına Hitler kostyumunda gəldi, müəllim və direktor işdən qovuldu

ABŞ-ın Yuta ştatında ibtidai məktəbin direktoru və müəllimi şagirdlərdən birinin “Hallowen” bayramına Hitler kostyumunda gəlməsinə görə işdən azad olunub. Qalmaqal uşağın şagirdlərin qarşısında nasist salamı verərkən çəkilən fotosunun internetdə yayılmasından sonra daha da alovlanıb. Yuta Birləşmiş Yəhudi Federasiyası bu addımı pisləyib və valideynlərdən gələcəkdə oxşar geyimlərdən çəkinmələrini istəyib. Hadisənin araşdırılması zamanı Continue Reading

Azərbaycanda aparıcı müğənninin boyunbağını çıxarıb gəlinə hədiyyə etdi – VİDEO

ATV-də yayımlanan “Bizimləsən” sosial tok-şouda verilişin aparıcısı Zaur Baxşəliyev atdığı addımla izləyiciləri təəcübləndirib. bakmiltv.info xəbər verir ki, proqramda kimsəsiz cütlüklərə toy edən verilişin layihə rəhbəri Zaur gəlinə gözlənilmədən sürpriz edib. Belə ki, verilişdə qonaq olan ifaçı Zeynəb Həsəni cütlüyə hədiyyə vermək istəyib. Zaurun “Hədiyyə gətirdinmi gəlinə?” sualına müğənni “Hədiyyə avtomobilimdədir” cavabını verib. Continue Reading

Azərbaycanlı hakim Latviya məhkəmə sistemində islahatlar aparır – FOTO

2019-cu ilin noyabr ayının 1-də Siqulda şəhərində Latviya hakimlərinin Konqresi keçirildi. Latviya dövlətinin Prezidenti cənab Eqils Levits açılış nitqi ilə çıxış edərək tədbir iştirakçılarını salamladı və hakimlərə öz tövsiyələrini verdi. Qeyd edilməlidir ki, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) tərəfindən Latviyanın məhkəmə sisteminin təkmilləşdirilməsi, bu sahədə elektron xidmətlərin yaradılması, Continue Reading

Toyuq dönəri 67 tələbənin zəhərlənməsinə səbəb oldu

Türkiyənin Afyonkarahisar şəhərində universitet tələbələri toyuq dönərindən kütləvi şəkildə zəhərləniblər. “İhlas” xəbər verir ki, hadisə universitetdən kənarda baş verib. Verilmiş ifadələrə əsasən, tələbələr dönəri eyni dönərçidən alıblar. Nəticədə 67 tələbə zəhərlənərək Afyonkarahisar Dövlət xəstəxanasına yerləşdirilib. Kütləvi zəhərlənmə faktı ilə bağlı istintaq başlanıb.