BAKMILTV.INFO İnformasiya Agentliyi və Qalib Mənəm layihəsinin rəhbəri Cəmilə Vasifqızının təşkilatçılığı ilə konsert proqramı təşkil olundu Tədbirə bir çox kənd, qəsəbə və şəhər sakinlərinin uşaqları gələrək gözəl rəqs, mahnı,ifalarını nömayiş etdilər, maraqlı şeirlər söylədilər.33 saylı Ağdam Qaçqın məktəbi,Xətai rayonunda yerləşən 221 saylı, həmçinin 191, 23 saylı və başqa məktəblərdən, Bakının Sabunçu rayonunda yerləşən 109 saylı bağçanın balaca fidanları da sevə-sevə iştirak etdilər. Tədbirdə “Xocalı soyqırımını tanıtma ” İctimai Birliyinin sədri Şamil Sabiroğlu, onun nümayəndələri, ” Haralar” travel qrupunun rəhbəri Aloyev Qəzənfər Vəli oğlu, “Mədinəm” qrupunun rəhbəri bəstəkar müğənni Günay Quliyeva, gənc rəssam Nihad Əliyev, istedadlı aktyor Ceyhun Sadıqov, təşkilatçı Elnarə Əliyeva, ” Qalib Mənəm” layihəsində iştirak edən gənc ifaçılar Nurlan Goranboylu,Sərxan Əliyev, Şamo Babayev və başqaları iştirak etdilər. Tədbirin sonunda balaca uşaqlara kiçik hədiyyələr payladılar. Xatirə olaraq fotolar çəkildi.

informasiya dəstəyi BAKMILTV.INFO

Pərvanə Rəsulzadə


 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir