Ötən axşam Əməkdar artist Rəşad İlyasovun başına iş gəlib. Sənətçi pik saatlarda konsertə gedərkən tıxacda qalıb.

bakmiltv.info xəbər verir ki, Rəşad tıxaca görə məkana gecikməmək üçün maraqlı üsula əl atıb.

Müğənni yoldan keçən motosiklet sürücüsündən onu ünvana çatdırmağı xahiş edib. R.İlyasov motosikletdə çəkdiyi videosunu şəxsi “Instagram” hesabında yayımlayıb:

“Bir konsertə gedirik. Burada yaxşı bir azərbaycanlı balası var. Ondan xahiş etdim ki, məni motosikletlə konsertə aparsın. Təvazökar olduğundan istəmir onu çəkib, göstərim. Gedim, konsertə çatım. “Radio və Televiziya” işçiləri günü bayramınız mübarək. Özümü işə saldım”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir